İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin görüşü keçirilib | 1news.az | Xəbərlər
Rəsmi

İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin görüşü keçirilib

19:47 - 28 / 02 / 2017
İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin görüşü keçirilib

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlandı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı.

Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonra görüş geniş tərkibdə davam etdirildi.

1news.az

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər