İsmayıllının bəzi kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllının bəzi kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

20:55 - 28 / 02 / 2017
İsmayıllının bəzi kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Martın 1-də saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin balansında olan “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacı Həsənli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər