BMT-nin baş katibi Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb
BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.
“Biz Dağlıq Qarabağda təmas xətti boyunca toqquşmalar haqqında məlumatlardan narahatıq”, - deyə o, qeyd edib.
Həmçinin Cüjarrik qeyd edib ki, BMT-nin baş katibi gərginliyin qarşısını alması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin tanınmamış Dağlıq Qarabağ üzrə gərginliyin azaldılması və vəziyyətin bundan sonra da eskalasiyasının qarşısını almaq üçün səylərini tamamilə dəstəkləyir.
Bundan əlavə, baş katibinin rəsmi nümayəndəsi qeyd edib ki, Quterreş tərəfləri atəşkəsə mane olan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları zəiflədən istənilən hərəkətlərdən yayınmağa çağırırb.
Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tanınmamış Dağlıq Qarabağda münaqişənin nizamlanması ilə bağlı ikili standartların aradan qaldırılmasının vacibliyini vurğulamışdı.
1news.az