“Yoxlama”da daha bir qalmaqal: Azəri mətbəxə buraxmadılar - VİDEO
ATV telekanalında yayımlanan "Yoxlama" verilişində növbəti qalmaqal yaşanıb.
1news.az baku.ws-ə istinadən xəbər verir ki, verilişin çəkiliş heyəti bu dəfə məşhur dünya markası olan KFC restoranının Bakıdakı filialında olub.
Lakin çəkiliş heyətinə restoranın mətbəxinə daxil olmağa icazə verilməyib. Belə ki, əvvəlcə çəkiliş heyətindən sağlamlıq kağızı istəyən restoranın ərazi üzrə meneceri onlara təqdim edilən sənədlərin özəl klinikadan verilməsini əsas gətirərək mətbəxə daxil olmağa icazə verməyib.
Bu dəfə verilişin aparıcısı Azər Zahid restoranı yoxlamağa Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla yollanıb. Lakin veriliş komandasının göstərdiyi bütün səylərə baxmayaraq təhlükəsizlik xidmətinin əməkdaşları onlara restoranın mətbəxində çəkiliş aparmağa mane olub.
Qeyd edək ki, veriliş Bakının müxtəlif iaşə məkanlarında yoxlamalar aparır. "Yoxlama"nın bir neçə həftədir yayımı dayandırılsa da yenidən bərpa edilib. Yayımın dayandırılmasına səbəb kimi isə ATV telekanalından proqramın təkminləşdirilməsi göstərilib.
1news.az