Oğurluqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurluqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb

14:23 - 01 / 03 / 2017
Oğurluqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb

Bakıda oğurluq etməkdə şübhəli bilinən iki yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 2-dən 11-dək olan müddətdə rayon ərazisində 7 evdən elektrik naqili, inşaat materialları, geyim və məişət əşyaları, habelə 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

1news.az

 

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər