Cocuq Mərcanlı kəndində yaşayış evləri sənədləşdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlı kəndində yaşayış evləri sənədləşdirilir

15:23 - 01 / 03 / 2017
Cocuq Mərcanlı kəndində yaşayış evləri sənədləşdirilir

Cocuq Mərcanlı kəndində yaşayış evləri sənədləşdirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin aprel ayında aparılmış uğurlu hərbi əməliyyatlardan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib.

Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncama əsasən, digər dövlət qurumları kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) də öz fəaliyyəti çərçivəsində tədbirlərə başlayıb.

Bu proseslər çərçivəsində ƏMDK da kənd əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işini həyata keçirilir.

Komitədən 1news.az-a verilən məlumata görə, ilkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 1993-cü il 23 avqust tarixə sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Belə ki, görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyənedici sənədlər əldə edilib. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanıb. Eyni zamanda, dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə Arxiv arayışı alınıb.

Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Vətəndaşlara məxsus əmlakların texniki pasportların hazırlanması məqsədilə 34 fərdi evin çöl-ölçmə işləri aparılıb və texniki pasportların hazırlanmasına başlanılıb.

Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.

1news.az

Paylaş:
336

Son xəbərlər

Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08
Bütün xəbərlər