Milli Məclisin plenar iclasında müzakirə olunacaq məsələlər açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin plenar iclasında müzakirə olunacaq məsələlər açıqlanıb

16:03 - 01 / 03 / 2017
Milli Məclisin plenar iclasında müzakirə olunacaq məsələlər açıqlanıb

Azərbaycan Milli Məclisinin martın 7-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.

APA-nın verdiyi məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxildir.

Gündəlikdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik hesabatı, Milli Məclisin komitə üzvünün təyin edilməsi, Mərkəzi Bank idarə heyətinə yeni üzvlərin təyin edilməsi ilə bağlı sənədlər, “Telekommunikasiya haqqında”, "Lisenziya və icazələr haqqında”, “Sərhəd Qoşunları haqqında” qanunlara dəyişikliklər, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” yeni qanun layihəsi və digər məsələlər var.

Lakin Milli Məclisin mətbuat xidmətindən 1news.az-a  bildiriblər ki, Parlamentin iclasının gündəliyini təsdiq etməyiblər:

“Hazırda bizdə 7 marta təyin edilmiş iclasın gündəliyi yoxdur”.

1news.az

Paylaş:
578

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər