Müdafiə Nazirliyi: Ermənistan beynəlxalq qurumlara növbəti dəfə böhtan ataraq şantaj etməklə məşğuldur | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Ermənistan beynəlxalq qurumlara növbəti dəfə böhtan ataraq şantaj etməklə məşğuldur

16:32 - 01 / 03 / 2017
Müdafiə Nazirliyi: Ermənistan beynəlxalq qurumlara növbəti dəfə böhtan ataraq şantaj etməklə məşğuldur

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb.

1news.az xəbər verir ki, bunu Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərlə bağlı Azərtac-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Ermənistan tərəfi də monitorinqin müəyyən edilmiş qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yaysa da, Azərbaycan tərəfinin guya ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığını bildirib:

“Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir və monitorinqin bitməsini orada iştirak edən səhra köməkçiləri özləri təsdiq edirlər.

Erməni tərəfi mütəmadi olaraq buna bənzər böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür”.

1news.az

Paylaş:
512

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər