Sabirabadda 5 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 5 otaqlı ev yanıb

10:19 - 01 / 03 / 2017
Sabirabadda 5 otaqlı ev yanıb

Sabirabad rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Poladtuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının döşəməsi, tavanı 70 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 125 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər