IDEA-nın Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA-nın Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başlayıb – FOTO

10:35 - 01 / 03 / 2017
IDEA-nın Heyvanlara Qayğı Mərkəzi fəaliyyətə başlayıb – FOTO

Martın 1-dən etibarən IDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayır. Mərkəzdə heyvanların rifahının təmin edilməsi üçün tələb olunan əsas şəraitin yaradılması üzrə hazırlıq işləri artıq başa çatdırılıb.

1news.az-a IDEA İctimai Birliyindən verilən xəbərə görə, mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. Keçən ilin sonunda Mərkəzin inşası başa çatdırılıb, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub.

Son üç ay ərzində Mərkəzdə hazırlıq işlərinin aparıldığına baxmayaraq, baytarlıq klinikasının qapıları ictimaiyyət üçün açıq olub, heyvanların klinikada qəbul edilməsinin təşkil edilməsi işləri ilə paralel olaraq, Mərkəzin işçi heyəti tərəfindən artıq 200-dən artıq sahibsiz it və pişiklərə tibbi xidmət göstərilib.

IDEA Heyvanlara Qayğı Mərkəzi əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldəcək.

Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərəcək. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. Bununla bağlı, IACC bütün heyvansevərləri ətraflarında gördükləri it və pişikləri sterilizasiya, peyvəndləmə, cərrahiyə və ya müalicə üçün Mərkəzə gətirməklə küçə heyvanları populyasiyalarının idarə edilməsi üzrə səylərə töhfə verməyə çağırır.

IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramına gəldikdə, Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, işçilər tərəfindən heyvanlar ən humanist üsullarla tutulacaq. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulacaq, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnəcək. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil ediləcək.

Himayə bölməsində öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır.

Mərkəz heyvanlara qulluq etməkdə kömək göstərməyə hazır olan, sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllüləri öz fəaliyyətinə cəlb edəcək.

Əlavə məlumat üçün IDEA Heyvanlara Qayğı Mərkəzi ilə telefon (+994 12 565 66 55), elektron poçt ([email protected]) və ya Facebook və Instagram (@ideacares.az) vasitəsilə əlaqə saxlamaq mümkündür.

1news.az

Paylaş:
17132

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər