ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb

12:36 - 01 / 03 / 2017
ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndə səfir Anjey Kasprşik və onun səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçiriblər.

1news.az

Paylaş:
462

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər