Aprel şəhidimizin hərbi geyim dəsti muzeydə sərgilənəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprel şəhidimizin hərbi geyim dəsti muzeydə sərgilənəcək – FOTO

17:17 - 02 / 03 / 2017
Aprel şəhidimizin hərbi geyim dəsti muzeydə sərgilənəcək – FOTO

Milli Azərbaycan Tarixi Muzeyinə şəhid materialları təhvil verilib

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir. 

Belə ki, aprel döyüşlərində şəhid olmuş Milli Ordunun baş leytenantı Cavid Dədəkişiyevin atası Gülbaba Dədəkişiyev Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Şəhid atası Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüb, Cavid Dədəkişiyevə məxsus 6 ədəd fotoşəkil və hərbi geyim dəstini Muzeyə təqdim edib.

Görüş əsnasında Nailə Vəlixanlı şəhid atasına başsağlığı verib səbir diləyib və verilən materiallara görə öz təşəkkürünü bildirib. 

Gülbaba Dədəkişiyev də Azərbaycan şəhidlərinin xatirəsini əziz tutduğu üçün Muzey rəhbərliyinə öz minnətdarlığını bildirib.

1news.az

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər