Bakıda kirayənişindən 14 kiloqramdan artıq narkotik maddə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kirayənişindən 14 kiloqramdan artıq narkotik maddə götürülüb

23:22 - 02 / 03 / 2017
Bakıda kirayənişindən 14 kiloqramdan artıq narkotik maddə götürülüb

Bakıda evlərdən birində kirayə qalan şəxs polislər tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevin Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evə baxış zamanı oradan 10 kiloqram 87,180 qram marixuana və 4 kiloqram 180,610 qram tiryək aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
538

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər