Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu rəsmən təsdiqləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu rəsmən təsdiqləndi

11:19 - 02 / 03 / 2017
Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu rəsmən təsdiqləndi

Keçən il dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir.

1news.az-a Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində fevralın 28-də dənizin “Pirsaat daş silsiləsi” ərazisində tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1974 -cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu rəsmən təsdiq edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Mövzu ilə əlaqədar oxuyun:

Qərargah: “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb

1news.az

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər