Fransada Xocalı soyqırımının tanınması ilə bağlı petisiya təqdim edilib | 1news.az | Xəbərlər
Siyasət

Fransada Xocalı soyqırımının tanınması ilə bağlı petisiya təqdim edilib

14:13 - 03 / 03 / 2017
Fransada Xocalı soyqırımının tanınması ilə bağlı petisiya təqdim edilib

Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib.

1news.az-ın verdiyi xəbərə görə, petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub.

“Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir. Bununla yanaşı, Fransa ənənəvi olaraq insan haqlarını qoruduğu üçün buna laqeyd yanaşmamalıdır. Bu gün həmin hadisələrdən 25 il ötməsinə baxmayaraq istəyirik ki, ölkəmizin hökuməti və beynəlxalq təşkilatlar Xocalı qətliamını tanısınlar. Təşəbbüsüm bir məqsədə xidmət edir – cinayət qurbanlarının xatirəsini etiramla yad etməkdir”.

Petisiyanı bu linkdən imzalayın.

1news.az

Paylaş:
2541

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər