Cocuq Mərcanlıda 484 ədəd qəlpə və tank əleyhinə raket tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıda 484 ədəd qəlpə və tank əleyhinə raket tapıldı – FOTO

18:14 - 03 / 03 / 2017
Cocuq Mərcanlıda 484 ədəd qəlpə və tank əleyhinə raket tapıldı – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – gün ərzində 5 evə baxış keçirilib.

Keçirilmiş baxış zamanı 484 ədəd qəlpə, 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilib, nəticə etibarilə 35 520 kv.m ərazi (11 000 kv.m əl ilə, 11 400 kv.m mexaniki üsulla və 13 120 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məlumata görə, 28 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 118 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib.

Baxış zamanı 10 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (1 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və  28 ədəd tank əleyhinə mina (4 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 840 944 kv.m ərazi (392 002 kv.m əl ilə, 207 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə  Agentlik tərəfindən 1 yanvar – 3 mart 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 122 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Baxış zamanı 1 970 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 875 538 kv.m ərazi (426 596 kv.m ərazi əl ilə, 207 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi  SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

1news.az

Paylaş:
873

Son xəbərlər

DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09
Bütün xəbərlər