Şəkidə dağlıq ərazidən gənc oğlanın meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə dağlıq ərazidən gənc oğlanın meyiti tapılıb

09:34 - 03 / 03 / 2017
Şəkidə dağlıq ərazidən gənc oğlanın meyiti tapılıb

Martın 2-də axşam saatlarında Şəkidə dağlıq ərazidən meyit tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs rayonun Şin kənd sakini, 1991-ci il təvəllüdlü  Mehman Fərhad oğlu Cəmilovdur. Meyit Şin kənd inzibati ərazisinin yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Fərhad Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

 

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər