BVF-nin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BVF-nin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

14:50 - 04 / 03 / 2017
BVF-nin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

3 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi artımın bərpa edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, BVF-nun Azərbaycan üzrə missiyası fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumatlandırılıb.

Büdcə-vergi sahəsində həyata keçirilən iqtisadi islahatların, eləcə də ölkənin bank sektorunun ən qısa zamanda sağlamlaşdırılmasına yönələn addımların vacibliyini vurğulayan Məhəmməd Əl Qorçi, BVF tərəfindən bu tədbirlərin təqdir olunduğunu bildirib.

Görüş zamanı həmçinin, BVF tərəfindən pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Mərkəzi Bankına və ortamüddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər BVF ilə Azərbaycan hökuməti arasında BVF-nun Əssnaməsinin IV Maddə üzrə məsləhətləşmələr missiyasının növbəti səfərinin cari ilin noyabrında həyata keçirilməsini razılaşdırıb.

1news.az

Paylaş:
626

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər