İtkin düşən neftçilərin axtarışı zamanı bir naməlum cəsəd tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən neftçilərin axtarışı zamanı bir naməlum cəsəd tapılıb

16:25 - 04 / 03 / 2017
İtkin düşən neftçilərin axtarışı zamanı bir naməlum cəsəd tapılıb

İtkin düşən neftçilərin axtarışı zamanı bir naməlum kişi meyiti tapılıb.

1news.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılan Qərargahdan Azərtac-a bildirilib.

Məlumat verilib ki, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində, “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında, martın 4–də naməlum kişi meyiti aşkar edilib.

Tapılan meyitin, itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

1news.az

Paylaş:
722

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər