Gömrükçülərdən növbəti siqaret əməliyyatı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülərdən növbəti siqaret əməliyyatı - FOTO

16:44 - 04 / 03 / 2017
Gömrükçülərdən növbəti siqaret əməliyyatı - FOTO

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

1news.az Dövlət Gömrək Komitəsinə (DGK) istinadən xəbər verir ki,yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
679

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər