Azərbaycanda həbs olunan 7 nəfərdən biri narkotikdə ittiham edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda həbs olunan 7 nəfərdən biri narkotikdə ittiham edilir

12:51 - 04 / 03 / 2017
Azərbaycanda həbs olunan 7 nəfərdən biri narkotikdə ittiham edilir

“Azərbaycanda həbs olunan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham edili”.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosasiyaları İttifaqının ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur:

“Bu cür məsələlərdə hakimlər diqqətli olmalıdırlar. Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Çünkü bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlər arasında 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir”.

Ş.Yusifbov deyib ki, üç gün əvvəl 65 məhkum bununla bağlı müraciət edib:

“Çünki onlar da saxlanıldıqları yerdə fərmanları oxuyurlar. Həmin şəxslər prezidentin mövqeyinin məhkumların vəziyyətinin humanistləşməsinə yönəldiyini göstərirlər. Onlar azad olunmalarına yardım göstərilməsi üçün bizdən xahiş edirlər. Hətta həmin şəxslərin bəziləri qanunsuz yerə məhkum edildiklərini bildirirlər. Biz də baxılmış işləri təhlil edəndə polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük. Cinayət təqibi orqanlarını buna yol verilməməsini başa salmalıyıq. Əgər həmin şəxs narkomandırsa, qanunsuz olaraq narkotik maddələrinin dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb edilməlidir. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və lazım olanda həbs edilməsi üçün nəzarət altında saxlanılırsa, bu addım düzgün deyil. Bu, nəyə lazımdır?”.

O, hakimlərdən bu cür işlərə diqqətlə yanaşmalarını və qanunsuz azadlıqdan məhrumetmə hallarına yol verilməməsini tələb edib:

“Əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və bunu alqışlayırıq. Ancaq hakimlər hər zaman cəsarətli deyillər. Onlar qanunsuz və əsassız hökm çıxarmaq olmaz”.

1news.az

Paylaş:
543

Son xəbərlər

DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09
Bütün xəbərlər