9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib

14:32 - 05 / 03 / 2017
9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib

Martın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, imtahan saat 11.00-da başlanıb. İnşa (esse) yazan şagirdlər üçün imtahan saat 13.30-da, digər şagirdlər üçün isə saat 13.00-da başa çatıb.

Buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 79 imtahan mərkəzi təşkil olunub.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

1news.az

Paylaş:
1083

Son xəbərlər

Bütün xəbərlər