Azərbaycanda ən çox alınan qiymətli kağız – MƏLUM OLDU | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ən çox alınan qiymətli kağız – MƏLUM OLDU

16:35 - 06 / 03 / 2017
Azərbaycanda ən çox alınan qiymətli kağız – MƏLUM OLDU

Azərğbaycanın qiymətli kağızlar bazarında ən çox alınıb-satılan investisiya aləti məlum olub. Bu – Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarıdır.

1news.az-a şirkətdən verilən xəbərə görə, Azərbaycanın istiqraz bazarında aparılan əməliyatların 76%-dən çoxu SOCAR İstiqrazlarının payına düşür. Bu barədə SOCAR istiqrazlarının təkrar bazarı üzrə market meyker olan “PSG Kapital” investisiya şirkətindən məlumat verilib.

2017-ci ilin ilk iki ayı ərzində Azərbaycanın qiymətli kağızlar bazarında istiqrazlarla 38,6 milyon dollarlıq və ya 69,7 milyon manatlıq əməliyyat həyata keçirilib. Bura Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları, korporativ istiqrazlar və Dövlət Neft Şirkətinin daxili bazar üçün buraxdığı SOCAR istiqrazları aiddir.

İlk iki ayın nəticələri göstərir ki, istiqraz bazarında əməliyyatların böyük hissəsi SOCAR istiqrazlarının payına düşür. Belə ki, yanvar-fevral aylarında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. Digər korporativ istiqrazlarla aparılan əməliyyatlar 7,4 milyon dollar, dövlət istiqrazları ilə aparılan əməliyyatların həcmi isə 1,7 milyon dollar təşkil edib.

Ümumiyyətlə, SOCAR istiqrazlarının təkrar bazara buraxılmasından keçən müddətdə bu kağızlar bazarda ən aktiv alınıb-satılan investisiya alətinə çevrilib.

Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin sentyabr-oktyabrında dövriyyəyə buraxılıb.  Ötən il oktyabrın 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Həmin vaxtdan indiyədək (fevralın sonunadək) Bakı Fond Birjasında istiqrazlarla 89,2 milyon dollarlıq əməliyyat aparılıb.  Bu əməliyyatların təqribən 3 milyon dolları Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının, 23,1 milyn dolları korporativ istiqrazların, 69,1 milyon dolları və ya 70,7%-i SOCAR istiqrazlarının payına düşüb.

Qeyd edək ki, SOCAR istiqrazları təkcə istiqraz bazarında deyil, bütün qiymətli kağızlar bazarında ən böyük tələbat olan qiymətli kağıza çevrilib. Belə ki, hazırda bazarda digər qiymətli kağızlarla aparılan əməliyyatların böyük hissəsi «birdəfəlik» xarakter daşıyır. Daha dəqiqi, bu kağızların ilkin yerləşdirilməsindən sonra təkrar bazarda əməliyyatların həcmi cüzi olur. Bundan başqa, əməliyyatların böyük hissəsi hüquqi şəxslər – banklar, şirkətlər və investisiya şirkətlərinin arasında baş verir.

SOCAR istiqrazlarında isə təkrar bazar olduqca aktivdir, indiyədək buraxılmış 100 milyon dollarlıq  istiqrazlar üzrə 69 milyon dollarlıq əməliyyat aparılıb. Bu isə o deməkdir ki, hər 10 istiqrazdan 7-si təkrar bazarda yenidən alınıb satılıb. SOCAR istiqrazları hüquqi şəxslərlə yanaşı, fiziki şəxslər və adi vətəndaşlar arasında da ən populyar qiymətli kağıza çevrilib. Onun alıcıları arasında ölkənin bütün bölgələrində yaşayan sakinlər, eləcə də, xarici vətəndaşlar var.

İstiqrazların belə populyarlığının əsas  səbəbi onların gəlirliyinin yüksək (illik 5% - bank əmanətlərindən iki dəfə gəlirli) olması, eləcə də, tam zəmanətlə buraxılması və asanlıqla pula çevrilə bilmək imkanıdır. Belə ki, SOCAR öz istiqrazlarını ən azı nominal qiymətə, yəni 1000 dollara almağa zəmanət verdiyinə görə, istiqrazların qiyməti bu həddən aşağı enmir. İstiqrazların alınıb-satılması prosesi isə qısa müddət çəkdiyinə görə, istiqraz sahibi onu dərhal pula çevriə bilir.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib, növbəti ödəniş aprelin 17-də olacaq. Həmin gün istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar ödəniləcək.   

Hazırda birjada SOCAR istiqrazlarını 1007 dollara almaq, 1001 dollara satmaq mümkündür.

Mövzu ilə əlaqədar oxuyun:        

SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

1news.az

Paylaş:
898

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər