Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

17:06 - 06 / 03 / 2017
Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, diplomatik korpusun təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Rusiya Federasiyasından Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, SSRİ-nin və Azərbaycanın Xalq Rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotor Qlıboçko, Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov, Rusiya Federasiyası, “USM Holdinq” şirkətinin təsisçisi Alişer Usmanov, “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov təbrik ediblər.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, Türkiyənin Bilkənd Universitetinin Rəyasət Heyətinin sədri Əli Doğramacı, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, Bolqarıstan Respublikasının Veliko Trnova şəhərinin meri Daniel Panov, Müqəddəs Kiril və Metodi adına Veliko Tırnovo Universitetinin rektoru Xristo Bonjolov, Macarıstanın Baş nazirinin xanımı Levai Aniko, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi dövlət katibinin müavini Jolt Çutora da xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Həmçinin TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Qərbi Avstraliya parlamentinin deputatı Liz Behjat, İsrail Dövlətinin Əmək Partiyasının sədri, müxalifət lideri İsaaq Hersoq, Böyük Britaniyadan Beynəlxalq Ticarət Sərgisinin regional direktoru Edvard Straçan, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M.İshaqzai, Misir Ərəb Respublikasının “Əl- Əxbar” mətbuat evinin baş direktorunun müavini Əla Tofiq, Misir Ərəb Respublikasının ictimai-siyasi xadimi Mustafa Kamil, Misir Ərəb Respublikasının Mehriban Əliyeva adına Dillər məktəbinin kollektivi adından məktəbin müdiri Tələt Məhəmməd Əli, “Ümümukrayna Ağsaqqalları” İctimai Birliyinin sədri Anatoli Raxanski, Rumıniya Türkiyə İş Qadınları Dərnəyinin idarə heyətinin sədri Birgül Senyuva, və Misir-Azərbaycan Dostluq Cəmiyyətindən, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək” Fondunun prezidenti (Qırğızıstan) Nüsrət Məmmədov, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, “Ukrayna-Azərbaycan Dostluq” Təşkilatının M.Ömərov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov da xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Ölkənin dövlət, ictimai-siyasi, elm və təhsil müəssisələrindən Yeni Azərbaycan Partiyası 1 saylı ərazi ilk partiya təşkilatının sədri Süleyman İsmayılov, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrinin vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev, “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, xarici işlər naziri Elmar Məmmədyarov, Baş nazirin müavini İsmət Abasov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, müdafiə sənayesi naziri Yavər Camalov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Baş nazirin müavini Əli Həsənov, energetika naziri Natiq Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Bundan başqa, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəliklərindən - Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov, Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov da Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Həmçinin xarici ölkələrin Azərbaycandakı səfirlikləri və təmsilçiliklərindən – Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, Avropa İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev, Türkiyə Radio-Televiziya Qurumunun (TRT) baş təmsilçisi Arslan Yıldıray və Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yanğın da xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları göndəriblər.

Milli Məclisin deputatları - Fəttah Heydərov, Fəzail Ağamalı, Asim Mollazadə, Nəsib Məhəməliyev, Hadi Rəcəbli, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Əhliman Əmiraslanov və Jalə Əliyeva xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edənlər sırasındadır.

Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın tanınmış incəsənət xadimləri – SSRİ-nin və Azərbaycanın Xalq Artisti Fidan Qasımova, Azərbaycanın Xalq Artisti Xuraman Qasımova, Azərbaycanın Xalq Artisti Yalçın Rzazadə, Əməkdar İncəsənət Xadimi, Kanadada Heydər Əliyev Mərkəzinin prezidenti Mikayıl Hacıyev, Xalq Artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Xalq Artisti Alim Qasımov, Xalq Artisti, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Rauf Babayev, Xalq Artisti Şahnaz Haşımova, Xalq Artisti, Ü.Hacıbəyli adında Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Xalq Artisti, Akademik Milli Dram Teatrının direktoru Azər-Paşa Nemətov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Xalq Artisti Canəli Əkbərov, Xalq Artisti Arif Quliyev, Xalq Artisti, Azərbaycan Televiziyasının diktoru Həqiqət Əsgərzadə, Xalq Artisti Kamil Cəlilov, Əməkdar Artist Natiq Şirinov, Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissoru Aleksandr Şarovski də xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Həmçinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov, “Yurddaş” partiyasının sədri Mais Səfərli, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli və “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva da xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik məktubları ünvanlayıblar.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

AZƏRTAC

Paylaş:
627

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər