Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin mətbuat konfransı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin mətbuat konfransı olub

18:49 - 06 / 03 / 2017
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin mətbuat konfransı olub

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, özü də iki ölkənin mövqeləri əsas mövqelərin çoxu üzrə üst-üstə düşür.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov martın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar başa çatandan sonra söyləyib.

Azərbaycanın xarici işlər naziri ilə danışıqların konstruktiv keçdiyini vurğulayan rusiyalı nazir deyib: “Biz qarşıdakı görüşlərin, o cümlədən yüksək səviyyədə görüşlərin cədvəlini müzakirə etdik, iqtisadi sahədə vəziyyəti nəzərdən keçirdik”.

S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında məqbul nəticələrin axtarışına kömək göstərməyə davam edəcək. O deyib: “Söz yox ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya istər Bakı və Yerevan ilə ikitərəfli münasibətlərimiz çərçivəsində, istər üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşləri formatında və əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə qismində tərəflər üçün məqbul nəticələrin axtarışına bundan sonra da kömək edəcək. Bizim bütün addımlarımız həmsədrlər, - tərəfdaşlarımız olan ABŞ və Fransa nəzərdə tutulur, - tərəfindən işlənib hazırlanan prinsipial yanaşmalar məcrasında atılır”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlana biləcəyini diqqətə çatdıran S.Lavrov deyib: “Biz ümid bəsləyirik ki, Qarabağ münaqişəsi nizamlana bilər. Biz yekun qərarın aspektlərindən çoxu üzrə razılıq əldə etmişik, amma yekun paket üçün mühüm olan iki-üç mövzu hələlik müzakirə edilir. Səmimi deyim ki, tərəflərin bu qalan məsələlər üzrə vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq”.

Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prinsipial məsələ olduğunu bəyan edən Elmar Məmmədyarov deyib: “Azərbaycan ərazisinin 20 faizi işğal edilib və burada etnik təmizləmə aparılıb. Orada yaşayan insanların geri qaytarılması, silahlı qarşıdurmanın azaldılması istiqamətində hər hansı irəliləyiş Azərbaycanın milli maraqlarına cavab verir. Nizamlama prosesində hər şeyin təkcə Azərbaycandan və vasitəçilərdən asılı olmadığını diqqətə çatdıran nazir deyib: “Rusiya bu münaqişəni nizamlamaq üçün çox ciddi səylər göstərir, biz bu gün onları ətraflı müzakirə etdik. Onları Azərbaycanda da, Ermənistanda da eşidirlər, müəyyən perspektivlər var”.

Rusiyanın xarici işlər naziri S.Lavrov Xəzər dənizinin statusu üzrə danışıqlar məsələsinə toxunaraq ümidvar olduğunu bildirib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq və Xəzər dənizinə dair növbəti sammiti Qazaxıstanda keçirməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər hazırlamaq mümkün olacaq.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çox məzmunlu olub, bir çox məsələlər, o cümlədən Xəzərin statusu məsələsi müzakirə edilib. O vurğulayıb ki, üç Xəzəryanı dövlətin mövqeyi birdir, İran orta xətt ideyası ilə bütövlükdə razıdır. Nazir deyib: “Zənnimcə, biz irəli gedirik və çox müsbət məqamlar var”.

E.Məmmədyarov və S.Lavrov Azərbaycan ilə Rusiyanın xarici işlər nazirlikləri arasında 2017-2018-ci illər üçün məsləhətləşmələr planını da imzalayıblar.

1news.az

Paylaş:
574

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər