Bakıda məcburi köçkünlər arasında dava: biri o birini şişlədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məcburi köçkünlər arasında dava: biri o birini şişlədi

10:20 - 06 / 03 / 2017
Bakıda məcburi köçkünlər arasında dava: biri o birini şişlədi

Paytaxtda qonşular arasında dava qanlı bitib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.

Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Xaləddin oğlu Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Aydın oğlu Şükürovu şişlə öldürüb.

Məlumata görə, yuxarı mərtəbədə yaşayan M. Şükürovun televizor və maqnitofona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan S. Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb.

Bundan sonra mübahisə daha da qızışıb. M. Şükürovun S. Mehdiyevin ünvanına söyüş söyməsi isə son hədd olub və S. Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.

Hadisəni törədən S. Mehdiyev şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1news.az

Paylaş:
628

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər