Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

23:34 - 06 / 03 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 240-260, Lənkəran-Astara bölgəsi çaylarında isə  160-420  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 208 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 260 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 2, Şirvanda 12, Salyanda 10, Bankədə 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2016-cı il martın 6-da 418 sm), Şirvanda 273 sm (2016-cı il martın 6-da 305 sm), Salyanda 246 sm (2016-cı il martın 6-da 268 sm), Bankədə 202 sm (2016-cı il martın 6-da 208 sm), Araz çayının Novruzlu məntəqəsində isə 134 sm (2016-cı il martın 6-da 135 sm) təşkil edir.

1news.az

Paylaş:
437

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər