Bakıda 2 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 2 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayıb

12:57 - 06 / 03 / 2017
Bakıda 2 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayıb

Bu gün Bakıda dəmir yolu vağzalında 2 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.

2 saylı "ASAN Kommunal" mərkəzində "Azərişıq", "Azərsu" və "Azəriqaz" tərəfindən 45 növ xidmət göstəriləcək.

Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı "ASAN Kommunal" mərkəzinin açılması planlaşdırılır.

Qeyd edək ki, 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı "ASAN Kommunal" mərkəzin rəsmi açılışı olub.

1news.az

Paylaş:
623

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər