Mehriban Əliyeva: “Azərbaycanın hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam” | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva: “Azərbaycanın hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”

13:35 - 07 / 03 / 2017
Mehriban Əliyeva: “Azərbaycanın hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

1news.az-ın məlumatına görə, deputatlıq fəaliyyəti ilə bağlı hesabat verən Birinci vitse-prezident millət vəkili kimi çalışdığı müddət ərzində burada daim xoş ab-havanın şahidi olduğunu deyib. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyinin olduğunu deyən Mehriban Əliyeva ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Namizədliyi irəli sürülmüş Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat verən Mehriban Əliyeva qeyd edib ki, bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla, 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib:

“Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrinin əhalisinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 km olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırılmasını daim ön plana çıxartmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Mən fəaliyyətimin bütün mərhələlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimizin nəticəsində mümkün olub. Bu illər ərzində məni dəstəkləyən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam”.

Azərbaycanın Birinci vitse-prezidenti Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təkliflər irəli sürdüyünü deyib:

“Humanizim və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə Amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 887 məhkum cəzadan azad edilib. Mən Amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da 10 minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə öz dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək”.

Mehriban Əliyeva Azərbaycanda sağlam ailənin formalaşması ilə bağlı gördüyü işlərdən də danışıb: 

“Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.

Mehriban Əliyeva bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunmasını, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb:

“Heydar Əliyev Fondu tərəfindən xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən hər zaman həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət, xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam.

Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəyə görə hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm.

Mən deputatlarmızın hər birinə möhkəm can sağlığı, şəxsi həyatında xoşbəxtlik, işlərində uğurlar arzulayıram. Ümidvaram ki, əməkdaşlıq gələcəkdə də davam edəcək. Tanrı hər zaman Azərbaycanı qorusun!”

1news.az

 

Paylaş:
729

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər