SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib - SİYAHI

15:46 - 07 / 03 / 2017
SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib - SİYAHI

N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin ailə üzvlərinə, yaxınlarına yardımlar göstərilib.

“Azneft” İstehsalat Birliyindən (İB) 1news.az-a verilən məlumata görə, ötən ilin dekabrın 15-i tarixində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək nəticəsində N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Qəza nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Hadisə baş verən andan etibarən müvafiq orqanlar axtarış-xilasetmə işlərinə cəlb edilib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.

Eyni zamanda, itkin düşən neftçilərə operativ məlumat vermək məqsədilə N.Nərimanov adına NQÇİ-də qərargah yaradılıb. Qərargah yarandığı andan “Azneft” İstehsalat Birliyinin nümayəndələri və rəhbərliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvləri və yaxınları qəbul edilib, baş vermiş qəza zamanı itkin düşənlərin axtarışı ilə əlaqədar görülən tədbirlər haqqında onlara mütəmadi olaraq məlumatlar verilib. İtkin düşmüş neftçilərin ailələri ilə əlaqə saxlanılması məqsədilə telefon nömrələri qərargahda qeydə alınıb. Qərargah üzvləri itkin düşmüş hər bir neftçinin ailəsinə baş çəkib, onlara, aparılan axtarışlar haqqında məlumatlar verilib, sosial məişət şəraitləri və problemləri ilə maraqlanıblar.

Bütün bunlarla yanaşı, qəza nəticəsində itkin düşənlərin ailələrinə SOCAR və müvafiq dövlət qurumları tərəfindən müxtəlif maddi yardımlar göstərilib. Bu yardımlar kateqoriyasına görə, SOCAR tərəfindən iki dəfə olmaqla 9 ailəyə hər dəfə 1000 manat ümumilikdə, 2000 (iki min) AZN maddi yardım verilib. İtkin düşənlərdən ilk tapılan vəfat etmiş neftçi İlham Qafarovun ailəsinə isə, 3000 min manat maddi yardım göstərilib.

Bundan başqa, SOCAR-ın 28 dekabr 2016-cı il tarixli sərəncamına əsasən hər bir ailəyə 5000 AZN maddi yardım göstərilib. Həmçinin Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən hər bir ailəyə 1000 AZN, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 AZN məbləğində maddi yardım verilib.

SOCAR-ın 17 yanvar 2017-ci il tarixli sərəncama əsasən, itkin düşmüş neftçilərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə, 10 nəfər uşaq N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülüb.

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 1 saylı NQÇS-nin 3 saylı Neft Yığma Məntəqəsinin işçilərinin banklara olan qalıq borclarının ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib:

- itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Cavid Həyətxan oğlu Bəhrəmovun – “Dəmir Bank” ASC-yə 7000 (yeddi min) manat, “Unibank” Kommersiya Bankına 3063,00 (üç min altmış üç) ABŞ dolları ödənilib.

- itkin düşmüş 5-ci dərəcəli əmtəə operatoru Samir Atabala oğlu Əsədovun – “Unibank” Kommersiya Bankına 258 (iki yüz əlli səkkiz) manat, “Bank of Baku”ya 173,00 (yüz yetmiş üç) manat;

- itkin düşmüş 4-cü dərəcəli əmtəə operatoru Azay Hacıbala oğlu Zülfüqarovun həyat yoldaşı Zülfüqarova Çimnaz Qaraş qızına 12 oktyabr 2016-cı il tarixli 58 saylı müqavilə ilə “Sumqayıt” Mənzil Tikinti Kooperativindən Sumqayıt şəhəri, S. Vurğun küçəsində tikilməkdə olan yaşayış binasından 63,7 kvadratmetr sahəsi olan 2 otaqlı ayrılmış mənzilə görə “Sumqayıt” Mənzil Tikinti Kooperativinə 38.800.00 (otuz səkkiz min səkkiz yüz) manat qalıq dəyərinin ödəniş gününə hesablanaraq ödənilməsi təmin edilib.

Əlavə olaraq, cəsədləri tapılmış itkin düşən neftçilərin dəfn mərasiminin təşkili məsələləri “Azneft” İstehsalat Birliyi tərəfindən həyata keçirilmiş və bir sıra maddi yardımlar göstərilib.

2016-cı il dekabrın 27-də Qafarov İlham Əlhüseyin oğlunun həyat yoldaşı Qafarova Rəsmiyyə N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 31.12.2016-cı il tarixli protokolla birdəfəlik 2100 manat məbləğində yardım göstərilib.

SOCAR-ın 17 yanvar 2017-ci il tarixli sərəncamına əsasən vəfat etmiş Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Neftçi” MTK-dan ayrılmış mənzilə görə, H.Hacıəliyev “Xalq Bank” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 2017-ci il yanvarın 11-i tarixinə olan 31939.33 manat məbləğində qalıq borcu “Azneft” İB tərəfindən “Xalq Bank” ASC-yə ödənilməsi təmin edilib.

SOCAR 20 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Hacıəliyev Həsənağa Hüseynağa oğluna “Unibank” Kommersiya Bankına 434 manat, ”Bank of Baku”ya 5630 manat, “Bank of Baku” (Bolkart) 1060 manat, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Qaradağ filialına 9 min 998 manat məbləğində kredit borcları ödənilib.

Bu il fevralın 10-u tarixində Hacıəliyev Həsənağa Hüseynağa oğlunun həyat yoldaşı Hacıəliyeva Zenfira Qırxlar qızı N.Nərimanov adına NQÇİ-nin rəisinə ərizə ilə müraciət edib və ona DFGK tərəfindən 28 fevral 2017-ci il tarixli protokolla birdəfəlik 2 min 320 manat məbləğində yardım olunub.

Cəsədləri tapılan dörd neftçinin hamısının dəfn mərasimlərində “Azneft” İB-nin və N.Nərimanov adına NQÇİ-nin kollektivi iştirak edib.

1news.az

Paylaş:
726

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər