Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin edib
Milli Məclis A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında qərar qəbul edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qərarda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Alim Səlim oğlu Quliyev Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilsin”.
Bundan əlavə, Milli Məclisin qərarı ilə Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayev də Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.
1news.az
457