“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

19:01 - 07 / 03 / 2017
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

SOCAR-ın “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.

Quyu Qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
519

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər