2020-ci ildən sonra neft bazarında qıtlığ yarana bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

2020-ci ildən sonra neft bazarında qıtlığ yarana bilər

23:40 - 07 / 03 / 2017
2020-ci ildən sonra neft bazarında qıtlığ yarana bilər

“Yeni layihələr həyata keçirilməsə, 2020-ci ildən sonra neft bazarı kəsirlə üzləşə bilər”.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Energetika Agentliyinin (İEA) yenilənmiş 5 illik proqnoz hesabatında verilib.

Hesabata görə, yaxın 3 ildə neft hamıya çatacaq. Belə ki, yaxın illərdə ABŞ, Kanada və Braziliyada hasilatın artması gözlənilir. 2015-2016-cı illərdə neft quyularının kəşfiyyatı daxil olmaqla sektora investisiya qoyuluşunun kəskin azalması tendensiyasının bu il də davam etməsi proqnozlaşdırılır.

İEA-nın hesabatına görə, 2019-cu ildə neftə tələbin 100 mln. barel/günü ötməsi, 2022-ci ilə qədər isə 104 mln. barel/günə çatması ehtimal edilir. Tələb əsasən inkişaf etməkdə olan ölkələrdən olacaq və qlobal neft istehlakının 70%-i Asiya bölgəsinin payına düşəcək.

İEA-nın rəhbəri Fatih Birol bildirib ki, biz ABŞ-da hasilatın artması dalğasının ikinci mərhələsinə daxil olmuşuq:

“Bunun nə qədər davam edəcəyi qiymətlərdən asılı olacaq. Əgər neftin qiyməti 80 dollar/barelə çatsa, ABŞ-da gündəlik neft hasilatı 3 mln. barel arta bilər. Əgər qiymətlər 50 dollar/bareldə qalsa ABŞ-da 2020-ci ildən sonra hasilat azalmağa başlayacaq”.

1news.az

Paylaş:
585

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər