Bu il Bakıda 112 yol-nəqliyyat hadisəsi qeydə alınıb: 27 ölü, 131 yaralı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Bakıda 112 yol-nəqliyyat hadisəsi qeydə alınıb: 27 ölü, 131 yaralı var

12:48 - 08 / 03 / 2017
Bu il Bakıda 112 yol-nəqliyyat hadisəsi qeydə alınıb: 27 ölü, 131 yaralı var

“İlin əvvəlindən bu günə qədər Bakı şəhərində 112 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 27 nəfər ölüb, 131 nəfər yaralanıb”.

1news.az xəbər verir ki, bu sözləri “Report”a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dörü ilə müqayisədə ölən və yaralananların sayı artıb:

“Belə ki, yol-nəqliyyat hadisələrinin sayı stabil qalsa da, 4 ölüm və 17 yaralı sayı artıq olub. Bu da DYP tərəfindən əlavə tədbirlərin görülməsi zərurətini yaradır”.

V.Əsədov deyib ki, hadisələrə səbəb yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır:

“Hadisələrin baş verməsinə səbəb kimi təyin olumayan yerlərdən keçən piyadaların vurulması halı 62%, sürət həddinin aşılması 39%, təhlükəli manevrlər və əks istiqamətli yol zolağına çıxılması 27% təşkil edir. Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi ilə bağlı keçirilən tədbirlər nəticəsində 137 mindən artıq inzibati protokol tərtib edilib”.

1news.az

Paylaş:
457

Son xəbərlər

DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09
Bütün xəbərlər