Los-Ancelesdə Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb | 1news.az | Xəbərlər
Siyasət

Los-Ancelesdə Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb

20:50 - 08 / 03 / 2017
Los-Ancelesdə Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb

Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ABŞ-ın Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks olunub, “Azərbaycan–ABŞ. 25 illik dostluq. 1992-2017” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

1news.az

 

Paylaş:
698

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər