Avropada Azərbaycanın əleyhinə, ermənilərin isə xeyrinə təbliğat kampaniyası aparan gizli şəbəkə ortaya çıxıb - HESABAT | 1news.az | Xəbərlər
Siyasət

Avropada Azərbaycanın əleyhinə, ermənilərin isə xeyrinə təbliğat kampaniyası aparan gizli şəbəkə ortaya çıxıb - HESABAT

14:53 - 09 / 03 / 2017
Avropada Azərbaycanın əleyhinə, ermənilərin isə xeyrinə təbliğat kampaniyası aparan gizli şəbəkə ortaya çıxıb - HESABAT

Bir neçə il ərzində Avropa Şurasında (AŞ) qeyri-hökumət təşkilatıları (QHT) şəbəkəsi və onun tərəfdarları Azərbaycana qarşı ədalətsiz, Ermənistanın isə xeyrinə təbliğat aparıblar.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Avropa Mərkəzinin Strateji məsələlər və təhkükəsizliklə (European Strategic Intelligence and Security Center) bağlı Klod Monike, Uilyam Rasimir və Jenova Etyen tərəfindən hazırlanmış hesabatında deyilir.                   

Hesabatda deputat və QHT nümayəndələrinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) beynəlxalq hüququ pozaraq ermənilərlə əlbir olaraq gizli şəbəkə yaratmalarından danışılır.

Araşdırmada qeyd edilir ki, antiazərbaycan qrupun AŞ-dəki əsasını “Avropa Sabitlik Təşəbbüsü” (European Stability Initiative) qeyri-hökumət təşkilatı təşkil edir. Bu təşkilat azərbaycanlı parlamentarilərin Avropa Şurası Parlament Assambleyasında etibardan salmaq üçün məqsədyönlü fəaliyyət aparıb.

Araşdırmanın əsas “qəhrəmanları” “Avropa Sabitlik Təşəbbüsü” təşkilatının direktoru Herald Knaus, alman deputat, siyasi məhbuslar üzrə hesabatçı, hazırda isə AFR-in ombudsmanı Kristof Ştrasser, amerikalı milyonçu Corc Soros, Bundestaqın deputatı Frank Şvabe, niderland parlamentari Piter Omtzixt, italyan jurnalist Milena Qabanelli, AŞPA-nın deputatları Rene Ruke və Fransua Roşbluan və digərləri olub.

Hesabatın əvvəlində deyilir ki, Azərbacana qarşı birtərəf və haqsız hücumlar gizli siyasi alətin gündəmidir: Ermənistanın Dağlıq Qarabağı qanunsuz olaraq işğalını müdafiə etmək və bir əldə Avopa Şurasının Mərkəzi və Şərqi Avropa ilə bağlı fəaliyyətini toplayaraq “insan haqlarını müdafiə” adı altında şəxsi maraqlarını gizlətsinlər.

“2012-ci ildən Avropa Şurası çərçivəsində kölgə şəbəkəsinin yaradılmasının şahidi olmuşuq. Bu şəbəkə Azərbaycana qarşı sözləşmə ilə çıxış edir”, - hesabatın sonunda deyilir.

Hesabatda qeyd edilir ki, şəbəkənin strategiyası Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qanunsuz zəbti ilə bağlı böhtan hücumları və böhtanı artıraraq qəsdən Azərbaycanda sabitliyi pozmaqdır.

“Bu, deputat və iri QHT-i birləşdirən təhlükəli siyasət təcili surətdə dayandırılmalıdır. Necə Avropa Şurası BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qınanan qanunsuz işğalı gizlədən şəbəkənin mövcudluğu ilə razılaşa bilər?”, - hesabatda həmçinin qeyd edilir ki, ermənipərəst şəbəkənin fəaliyyəti Avropa Şurasının əsaslarına və onun nüfuzuna xələl gətirir.

Bundan əlavə qeyd edilir k, bu birinci hesabatdır. Araşdırmanın ikinci hissəsi bu şəbəkənin fəaliiyyəti ilə bağlı dəlilləri ortaya çıxararaq, onun səylərinin dayandırılmasına ehtiyacı aşkar edəcək.

Hesabatla bu linkdən tanış ola bilərsiniz.

1news.az

 

Paylaş:
1144

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər