Cəlilabadda ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda ev yanıb

16:28 - 09 / 03 / 2017
Cəlilabadda ev yanıb

Bu gün Cəlilabad rayonu, Privolnoye kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 m2 olan  birmərtəbəli 3 otaq və aynabənddən ibarət  evin 2 otağının, aynabəndinin tavanı və ev əşyaları 64 m2 sahədə yanıb.

1news.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər