Azərbaycanla Hindistan xarici işlər nazirləri arasında məktub mübadiləsi həyata keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Hindistan xarici işlər nazirləri arasında məktub mübadiləsi həyata keçirilib

18:46 - 09 / 03 / 2017
Azərbaycanla Hindistan xarici işlər nazirləri arasında məktub mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikası və Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, xarici işlər naziri Elmar Məmmədyarov hindistanlı həmkarına ünvanladığı məktubunda qarşılıqlı etimad və anlaşmaya, beynəlxalq təkilatlarda dəstəyə söykənən iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Hindistanın xarici işlər naziri Suşma Svaraj Elmar Məmmədyarova göndərdiyi məktubunda iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni və insanlararası təmaslar daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığın ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

1news.az

Paylaş:
649

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər