Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı artır, 2 nəfərin vəziyyəti kritikdir – FOTO - VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı artır, 2 nəfərin vəziyyəti kritikdir – FOTO - VİDEO – YENİLƏNİB

16:41 - 09 / 03 / 2017
Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı artır,  2 nəfərin vəziyyəti kritikdir – FOTO - VİDEO – YENİLƏNİB

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ilə bağlı yeni məlumatlar açıqlanıb.

1news.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə,  qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Yaralı olan 2 nəfərin vəziyyəti kritikdir. 17 nəfər xəsarət alan sərnişinlər Sumqayıtdakı xəstəxanalara yerləşdiriliblər.  

12:39

Bakı-Sumqayıt yolunda qəza törətmiş 40 yaşlı Namiq Hüseynovun idarə etdiyi mikroavtobusda həlak olan tələbələrin adları açıqlanıb. 

1news.az-a Azərbaycan Baş Dövlət Yol Polisinin İdarəsindən verilən xəbərə görə, bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur (1997-cı il).

12.14

Bakı-Sumqayıt yolunda qəza törətmiş 40 yaşlı Namiq Hüseynov saxlanılıb.

1news.az-a Azərbaycan Baş Dövlət Yol Polisinin İdarəsindən verilən xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsi ilə bağlı cinayət işi qaldırılıb.

Araşdırma aparılır.

11.00

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ilə bağlı yeni məlumatlar açıqlanıb.

1news.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, yol qəzasında 4 nəfər həlak olub, 5 nəfər isə ağır xəsarətlər alıb.

“Xəsarət alanlar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yatırılıb. Onların vəziyyəti ağırdır”.

10.28

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan 6 nəfəri Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

09.52

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı bildirilir.

Belə ki, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İlkin məlumata əsasən, ölənlərin hər ikisi tələbədir.

Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub. Yolda avtomobillərin sıxlığı yaranıb.

 APA

Paylaş:
1970

Son xəbərlər

DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09
Bütün xəbərlər