Yapı Kredi Bank Azərbaycan Worldcard və Pulkart müştərilərini Çempionlar Liqasının 1/4 finalına göndərir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yapı Kredi Bank Azərbaycan Worldcard və Pulkart müştərilərini Çempionlar Liqasının 1/4 finalına göndərir

12:30 - 09 / 03 / 2017
Yapı Kredi Bank Azərbaycan Worldcard və Pulkart müştərilərini Çempionlar Liqasının 1/4 finalına göndərir

Türkiyənin ən nüfuzlu holdinglərindən biri Koç Qrup və İtalyanın Unicredit bankının səhmdarı olduğu Yapı Kredi Bank Azərbaycanın Worldcard (kredit kartı) və Pulkart (debet kartı) plastik kartları ilə alış-veriş edən müştərilər mükafat qazanırlar.

Belə ki, Worldcard və Pulkartla 20 AZN-dən çox alış-veriş edən və 9444-e Bilet yazıb göndərən hər kəs lotoreyada iştirak etmək üçün şans qazanırlar. Lotoreyada qalib olan iki şəxs isə aprel ayında keçiriləcək Çempionlar Liqasının ¼ final oyunlarından birinə bilet paketi qazanacaqlar.

Hər bilet paketi aşağıdakı hədiyyələrdən ibarətdir:

- Çempionlar Liqası ¼ final oyununun keçiriləcəyi şəhərə 2 nəfərlik ekonom sinifdə gediş-dönüş təyyarə bileti

- Mehmanxanada 2 nəfərlik nömrədə 1 gecəlik yerləşdirmə

- Çempionlar Liqası ¼ finalına 2 nəfərlik VIP bilet

- Viza xərcləri müştəri tərəfindən qarşılanacaq.

Kampaniya 3-26 mart tarixləri arasında Worldcard və Pulkartla ölkə daxilində 20 AZN və üzəri alış-veriş edənlər üçün keçərlidir və qeyd edilən tarixlərdə alış-veriş edən şəxslərdən iki nəfəri 28 martda keçiriləcək lotereya vasitəsilə qalib elan ediləcək. Bir paket iki nəfərlik olduğu üçün hər qalib qazanacağı biletləri istədiyi şəxslə paylaşmaqda sərbəstdir. Kampaniyada Worldcard Business iştirak etmir. Biletlər UEFA Champions League rəsmi tərəfdaşı MasterCard tərəfindən təqdim edilir. Qalib müştərilərin Viza ilə bağlı problemləri çıxacağı halda bilet ehtiyat qalibə təqdim ediləcək.

Kampaniya ilə bağlı ətraflı məlumatı www.worldcard.com.az saytından və ya *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Paylaş:
1187

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər