Dünya Bankının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya Bankının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar

15:30 - 10 / 03 / 2017
Dünya Bankının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olublar

Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial müdafiə sisteminin ildən-ilə güclənməsi ilə bərabər, bu sistemin əhatəliliyinin də getdikcə artmasına imkan verib. Hazırda ölkəmizdə sosial müdafiə sisteminin əhatəlilik göstəricisi dünya üzrə yüksək göstəricilərdən sayıla bilər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə bildirib. Nazir vurğulayıb ki, Dünya Bankının ekspertlər qrupu da öz araşdırmaları nəticəsində Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyə malik bir sistem kimi dəyərləndiriblər: “Həmin ekspertlər qrupunun qiymətləndirməsinə əsasən, ölkəmizin sosial müdafiə sistemi əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edir. Qeyd edim ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan oxşar araşdırma dünyanın əksər ölkələrində bu göstəricinin daha aşağı səviyyədə olduğunu göstərir”. S.Müslümov qlobal miqyasda baş verən iqtisadi kataklizmlərin ölkəmizə təsirlərinin minimallaşdırılması üçün Prezident İlham Əliyevin islahatlar paketinə uyğun aparılan islahatların da ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, aktiv məşğulluq tədbirləri vasitəsilə əmək resurslarının səmərəli məşğulluğuna, sosial ödənişlərin artırılmasına, ailə gəlirlərinin azalmasının qarşısının alınmasına yönəldiyini qeyd edib.

Əmək və sosial müdafiə sahəsində son illər aparılan islahatlar barədə məlumat verən nazir bu sistemin avtomatlaşdırılmış infrastrukturunun yaradılaraq işə salındığını, nəticədə əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşdığını, məşğulluq xidmətlərinin də elektron müstəvidə qurulması işlərinin aparıldığını qeyd edib. S.Müslümov ötən dövrdə ölkədə pensiya təminatı sisteminin müasir əsaslar üzərində qurulması üçün görülən işləri diqqətə çatdırıb. O, müasir sığorta-pensiya sisteminin pensiyaların məbləğinin ildən-ilə artımına da şərait yaratdığını, təkcə 2016-cı ildə pensiyaların orta aylıq məbləğinin ötən ilin əvvəlinə nisbətən 8,2 faiz artdığını bildirib: “Hazırda sığorta-pensiya sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün növbəti islahatlara başlanması nəzərdə tutulur. Bu islahatların əsas hədəfi pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsi, qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsidir”.

Son illərdə respublikada əlilliyin qiymətləndirilməsi sisteminin də elektron əsaslar üzərində qurulduğunu, əhaliyə məmur-vətəndaş təmasları olmadan, şəffaf şəkildə tibbi-sosial ekspertiza xidmətinin təşkil olunduğunu diqqətə çatdıran S.Müslümov ölkəmizdə icbari tibbi sığortanın tətbiqinin əhəmiyyətindən də bəhs edib. Nazir əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasında, vətəndaş sağlamlığının mühafizəsində, insanlara keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsində, eyni zamanda əlilliyin qarşısının alınmasında icbari tibbi sığortanın xüsusi önəm kəsb etdiyini vurğulayıb. O, icbari tibbi sığorta sisteminin digər faydası kimi, bu sistemin hazırda qeyri-formal əmək fəaliyyəti göstərən şəxsləri də əmək münasibətlərini rəsmiləşdirməyə stimullaşdıracağını bildirib: “Dövlət başçısının əlilliyi olan insanlara xüsusi diqqət və qayğısı həmin insanlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsinə də şərait yaradıb. 2015-ci ilin sentyabrında Respublika Əlillərin Bərpa Mərkəzi, ötən ilin dekabrında isə Uşaq Bərpa Mərkəzi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Hər iki mərkəzdə ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Hazırda nazirliyin daha 5 reabilitasiya müəssisəsində də əsaslı təmir işləri aparılır və onlarda da əlilliyi olan şəxslər üçün ən müasir standartlara cavab verən bərpa-müalicə şəraiti yaradılır”.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən S.Müslümov xüsusən birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin əhəmiyyətinə toxunub. O, həmin layihə çərçivəsində görülən işlərin əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsi üçün aparılan islahatlarda önəmli rol oynadığını, əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də məqsədyönlü şəkildə davam etdirilməsinin diqqətdə saxlanacağını bildirib.

Dünya Bankının nümayəndələri Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatları, bu sahələr üzrə əhaliyə müasir, şəffaf və keyfiyyətli xidmətlər sisteminin yaradılması üçün görülən işləri yüksək qiymətləndiriblər. Onlar qeyd olunan sahələrdə yeni yaradılan avtomatlaşdırılmış sistemlərin qabaqcıl təcrübələr olduğunu vurğulayıblar. Dünya Bankının nümayəndələri Azərbaycanda əlilliyi olan insanların sağlamlığının bərpası üçün görülən işlərin, reabilitasiya sisteminin müasirləşdirilməsi üçün atılan addımların əhəmiyyətindən bəhs ediblər.

Görüşdə ölkə vətəndaşlarının sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, əlilliyin qarşısının alınması və s. sahələrdə aparılan işlər, nəzərdə tutulan islahat tədbirləri, habelə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
490

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər