Spirt dolu qatar relsdən çıxaraq alışdı | 1news.az | Xəbərlər
Dünya

Spirt dolu qatar relsdən çıxaraq alışdı

22:52 - 10 / 03 / 2017
Spirt dolu qatar relsdən çıxaraq alışdı

ABŞ-ın Ayova ştatında dəmir yolu qəzası baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, etanol spirti daşıyan yük qatarı relsdən çıxıb və dərhal yanğın baş verib.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Dəmir yoluna yaxın ərazilərdəki sakinlər təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilmir.

Qəzanın baş vermə səbələri araşdırılır.

1news.az

Paylaş:
1313

Son xəbərlər

Bütün xəbərlər