Silahlı Qüvvələrin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

15:53 - 11 / 03 / 2017
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi ilə görüşərək hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyəti hərbi təhsil ocağındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olduqdan sonra onlara akademiya barədə ətraflı brifinq təqdim edilib.

Sonda xatirə fotosu çəkilib.

1news.az

Paylaş:
652

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər