Aİ avrointeqrasiya layihələri üzrə Türkiyə üçün maliyyələşməni dayandırıb | 1news.az | Xəbərlər
Dünya

Aİ avrointeqrasiya layihələri üzrə Türkiyə üçün maliyyələşməni dayandırıb

13:54 - 12 / 03 / 2017
Aİ avrointeqrasiya layihələri üzrə Türkiyə üçün maliyyələşməni dayandırıb

Aİ Türkiyənin Avropa məkanına inteqrasıyasına yönələn bir sıra inteqrasiya layihələri üzrə Türkiyə üçün nəzərdə tutulan bütün ödəmələri bloklayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Wellе” nəşri məlumat yayıb.

Qeyd edək ki, Aİ 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 mlrd. avro maliyyə yardımı ayırmağı planlaşdırmışdı. Həmin məbləğdən indiyədək Türkiyəyə cəmi 167 mln. avro köçürülüb.

Ödənişlər konkret layihələrə bağlıdır. Onlardan ən irisi “Aİ-də üzvlüyə hazırlıqla bağlı islahatlar” layihəsidir. Bu məqsədlər üçün Aİ 1,58 mlrd. avro ayırmağı planlaşdırmışdı.

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər