Niderlandın baş naziri Türkiyədən üzr istəməkdən imtina edib
Niderlandın baş naziri Mark Rütte Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Niderlandda təyyarəsinin enişinə qadağa qoyulmasına görə üzr istəməkdən imtina edib.
Martın 11-də Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.
RİA Novosti
932