Sankt-Peterburqdakı Baş Konsulluq partlayışda azərbaycanlıların olub-olmadığını araşdırır | 1news.az | Xəbərlər
Dünya

Sankt-Peterburqdakı Baş Konsulluq partlayışda azərbaycanlıların olub-olmadığını araşdırır

17:43 - 03 / 04 / 2017
Sankt-Peterburqdakı Baş Konsulluq partlayışda azərbaycanlıların olub-olmadığını araşdırır

Rusiyanın Sankt-Peterburq şəhər metrosunda baş vermiş partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

“Əldə olunmuş məlumatlara əsasən, metroda baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 55 nəfər təxliyə olunub. Konsulluq ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müvafiq qurumlarla dəqiqləşdirir”, - 1news.az-a Baş Konsulluqdan məlumat verilib.

 “Lazımi qurumlarla daim əlaqədəyik. Lakin hazırki vaxta qədər həlak olan və yaralılar arasında azərbaycanlıların olduğu dəqiqləşdirilməyib”.

1news.az

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər