Yaponiyada hərbi təyyarə qəza enişi edib | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada hərbi təyyarə qəza enişi edib

20:35 - 04 / 04 / 2017
Yaponiyada hərbi təyyarə qəza enişi edib

Yaponiyada F-15 hərbi qırıcı təyyarəsi Yapon dənizinin sahilində yerləşən Komatsu aeroportuna qəza enişi edib.

Bu barədə Kyodo agentliyinin yaydığı məlumatda qeyd edilir ki, qəza enişi nasazlıq barədə siqnaldan sonra həyata keçirilib.

Aeroportdakı mənbələrə əsasən yayılan məlumatda, həmçinin eniş zamanı heç kimin xəsarət almadığı və yanacaq sızmasının qeydə alınmadığı da bildirilir. Təyyarənin əyləc sistemində yaranan nasazlıqla əlaqədar verilən siqnal qəza enişinə səbəb olub.

AZƏRTAC

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər