Kolumbiyada sel: 301 nəfər ölüb, 314 nəfər itkin düşüb | 1news.az | Xəbərlər
Dünya

Kolumbiyada sel: 301 nəfər ölüb, 314 nəfər itkin düşüb

09:46 - 06 / 04 / 2017
Kolumbiyada sel: 301 nəfər ölüb, 314 nəfər itkin düşüb

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb.

Bundan əvvəl 293 nəfərin öldüyü, 332 nəfərin xəsarət aldığı, 314-ün itkin düşdüyü bildirilirdi.

İndiyədək təbii fəlakət zonasında 301 nəfərin meyiti tapılıb. Ölənlərdən 173 nəfərin kimliyi müəyyənləşdirilib.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxmasıdır.

RİA Novosti

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər