Stokholmda terror hadisəsi törədilib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Stokholmda terror hadisəsi törədilib - FOTO

18:43 - 07 / 04 / 2017
Stokholmda terror hadisəsi törədilib - FOTO

İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Həmçinin xəsarət alanların olduğu bildirilir.

Təsdiqlənməmiş məlumatlara əsasən, hadisənin baş verdiyi ərazidə silah səsləri eşidilib. Hadisədən dərhal sonra metro bağlanıb.

Yük avtomobilinin məxsus olduğu “Spendrups” şirkəti avtomobilin qaçırıldığını açıqlayıb.

İsveçin baş naziri Stefan Löven deyib ki, bütün əlamətlər baş verən hadisənin terror aktı olduğunu göstərdiyini bildirib.

1news.az

 

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər