Ermənistanın yeni spikeri kim olacaq? | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın yeni spikeri kim olacaq?

10:32 - 12 / 04 / 2017
Ermənistanın yeni spikeri kim olacaq?

Ermənistan parlamentinin yeni spikeri vəzifəsinə qanunverici orqanın vitse-spikeri, Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov təyin olunacaq.

1news.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Nəşrin məlumatına görə, Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan partiyanın parlament fraksiyasının rəhbəri olacaq.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçirilib. Seçkilərin nəticələrinə görə parlamentə 4 partiya və blok - Respublika partiyası, “Tsarukyan” və “Yelk” blokları və Daşnaksutyun partiyası keçib.

Pərvanə Sultanova

Paylaş:
977

Son xəbərlər

Bütün xəbərlər